Keçid linkləri

2017, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:09

ABŞ İrana qarşı iqtisadi sanksiyalar hazırlayır


Birləşmiş Ştatlar İrana qarşı yeni iqtisadi sanksiyalar hazırlayır.

Bu barədə Amerikanın Wall Street Journal qəzeti yazır.

Qəzetin yazdığına görə Birləşmiş Ştatların Maliyyə Nazirliyi İran İslam İnqilab Qvardiyasına məxsus olan bir sıra şirkətlərlə maliyyə əməliyyatlarına məhdudiyyətlər qoymağı planlaşdırır.

Qəzet yazır ki, İranın iri Telekommunikasiya şirkəti ilə Aliminium konserni də bu şirkətlər arasındadır.

İran İslam İnqilab Qvardiyası böyük hərbi təşkilat olmaqla yanaşı, həm də aktiv iqtisadi fəaliyyətlə məşğuldur.

Günün bütün mövzuları

XS
SM
MD
LG