Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:25

Ermənistanda bir ay əvvəl dayanmış dərslər bərpa olunur


Ermənistanda “donuz qripi” xəstəliyinə görə bağlanmış orta məktəblərdə dərslər bazar ertəsindən bərpa olunur.

Ermənistan hökumətinin qərarı ilə məktəblər dekabrın 7-də bağlanmışdı. O zaman bu qərarı mövsümi xəstəliklərlə, o cümlədən də qriplə mübarizə kimi izah etmişdilər.

Ermənistanın Epidemiologiya İdarəsindən deyiblər ki, artıq “donuz qripi” sahəsində vəziyyət sabitləşir, ona görə də məktəblər açıla bilər.

Rəsmilər bu xəstəliyə 11 nəfərin tutulduğunu deyirlər. Azı üç nəfəri də “donuz qripi”ndən öldüyü ehtimal olunur.
XS
SM
MD
LG