Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:30

Yeni mobil telefonun adı qalmaqal yaratdı


"Nexus"un təqdimatı yanvarın 5-də keçirilib.
"Nexus"un təqdimatı yanvarın 5-də keçirilib.
Tanınmış Amerika yazıçısı, elmi-fantastik əsərlər müəllifi Filip K. Dikin ailəsi Google şirkətini müəlliflik hüquqlarını pozmaqda günahlandıraraq məhkəməylə hədələyib.

Onlar iddia edirlər ki, "Google" şirkətinin buraxdığı “Nexus One” mobil telefonunun adı oğurluqdur və Filip K. Dikin “Androidlər elektrik qoyunlar arzulayırlarmı” əsərlərindən götürülb.

Cənab Dikin 1968-ci ildə yazdığı “Androidlər elektrik qoyunlar arzulayırlarmı” romanında hadisələr nüvə müharibəsindən sonra baş verir. BMT insanları radiasiyanın zərərli təsirlərindən qorumaq üçün başqa planetlərdə məskən salmağa həvəsləndirməyə çalışır.

Kim başqa planetə gedirsə, ona bir android, yəni insanbənzər robot xidmətçi də verilir.

Amma bəzi robotlar öz sahiblərindən qaçıb Yer Planetinə qayıdırlar və Yerdə qalan insanların arasında insan həyatı yaşamağa çalışırlar.

Lakin androidlər Yer planetində qanundan kənar elan ediliblər və onlara qarşı ov başlanır.

Əsərdə androidlərə “Neksus-6” və sair bu kimi adlar verilib.

Bu, yazıçının ən məşhur əsəridir və roman əsasında film də çəkilib. Baş rolu Harison Ford ifa edib.

Yazıçının qızı İza şirkətə məktub yazaraq telefonun adını dəyişməyi tələb edib.

İnternetdə lider olan Google bu günlərdə mobil telefon bazarına da girişib – o, “Nexus One” telefonu vasitəsilə iPhone-la rəqabət aparmaq, milyardlarla dollar dövriyyəsi olan mobil telefon bazarında oturuşmaq istəyir.

Yazıçının qızı deyib ki, Google onlarla dialoqa getsə, anlaşma əldə edə bilərlər.

Google isə bildirib ki, “Nexus One” adının yazıçının əsərləri ilə heç bir bağlılığı yoxdur. Şirkət deyir ki, telefonun adı sözün orijinal mənasında işlənib – yəni kəsişmə, bir nöqtədə birləşmə mənasında.

Filip K. Dik 1928-ci ildə doğulub. 1982-ci ildə vəfat edən yazıçı 44 roman müəllifidir.

Onun adına təsis edilən mükafat hər il Amerikada fantastika janrında yazılan ən yaxşı əsərlərin müəlliflərinə verilir.

Həmçinin oxu!

Kitab dükanına gələnlərə şərab da verilir

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG