İranın dövlət informasiya agentliyi İRNA bu gün xəbər verib ki, bu ölkədə qadağan olunmuş bəhai təriqəti üzvləri silah saxlamaq və müxalifətin xeyrinə fəaliyyət ittihamı ilə həbs olunublar.
Tehranın prokuroru onların dekabrın 27-də Aşura mərasimləri zamanı müxalifətin mitinqlərinin təşkilinə kömək etməkdə və aksiyadan şəkilləri başqa ölkələrə göndərməkdə ittiham olunduqlarını deyib.
Həmin gün son prezident seçkisinin saxtalaşdırılıdığını deyən müxalifət lideri Mir Hüseyn Musəvinin tərəfdarları etiraz aksiyası keçirmək istəmişdilər. Amma polisin buna müdaxiləsi ilə azı səkkiz adam öldürlümüş, yüzlərlə adam həbs olunmuşdu.