Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 15:17

Niqaba 750 avro cərimə


Burqaya və niqaba qadağa təklifi Fransanın siyasi elitasını ikiyə bölüb
Burqaya və niqaba qadağa təklifi Fransanın siyasi elitasını ikiyə bölüb
Müsəlman qadın başını tam örtən örtüyə görə 750 avro cərimə oluna bilər. Əgər kişi öz həyat yoldaşını burqa və ya niqab geyinməyə məcbur eləsə, belə kişinin cəriməsi və cəzası 750 avrodan çox olacaq.

LAYİHƏ İKİ HƏFTƏ ƏRZİNDƏ TƏQDİM OLUNACAQ

Belə bir qanun layihəsini Fransada hakim partiya irəli sürüb. Layihə Milli Məclisə iki həftə ərzində təqdim olunacaq. Debatlar mart ayında başlanmalıdır.

Müxalifət yeni qanun layihəsinin əleyhinə olduğunu bildirsə də, hakim partiya parlamentdə çoxluqdadır.

Parlament çoxluğunun lideri Jan Fransua Kopa «Fiqaro» qəzetinə yeni qanun layihəsinin əsas məqamlarını izah edib:

«QADAĞA KARNAVALLARA AİD DEYİL

«Əsas olan təhlükəsizlikdir. İctimai yerlərdə, küçədə üzü örtmək qadağan olunacaq. Yalnız bəzi mədəni mərasimlər istisna olunacaq. Qadağa karnavallara aid deyil».

Burqaya və niqaba qadağa təklifi Fransanın siyasi elitasını ikiyə bölüb. Müxalifətdə olan Sosialist Partiyası bildirib ki, qanunun əleyhinə çıxacaq. Ancaq partiya əmindir ki, müsəlman qadın burqa, niqab kimi paltarlardan azad olunmalıdır.

Baş örtüyünün qadağan olunmasını sağçılar təklif etsələr də, elə sağçılar arasından bir sıra siyasətçi narahatdır ki, belə qadağanı Avropa İnsan Haqları Məhkəməsi qanunsuz sayacaq.

SARKOZİ BURQANIN ƏLEYHİNƏDİR, ANCAQ…

Prezident Nikola Sarkozi burqanın əleyhinədir. Ancaq o Milli Məclisi qadağaya səs verməyə çağırmayıb.

Bu ayın axırlarında isə parlament komissiyasının səbirsizliklə gözlənilən hesabatı çıxmalıdır. Hesabat baş örtüyü ətrafında 6 ay gedən parlament debatlarının nəticəsini göstərəcək.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Fransada burqa geyinən qadınların sayı 1900-dür.
XS
SM
MD
LG