Keçid linkləri

2024, 25 İyul, Cümə axşamı, Bakı vaxtı 17:48

Təyyarəyə partlayıcı gətirən məhkəməyə çıxarılır


Detroytdan Amsterdama uçan təyyarənin göyərtəsinə partlayıcı keçirən nigeriyalı yanvarın 8-də Federal məhkəmə qarşısına çıxarılacaq.

Umar Faruk Əbdülmütəlləb bu həftənin əvvəlində 6 maddə ilə günahlandırılıb. O cümlədən, təyyarədəki 289 insanın ölümünə cəhd, kütləvi qırğın silahından istifadəyə görə.

Əbdülmütəlləb təqsirli bilindiyi halda onu ömürlük həbs gözləyir.

Bir qrup müsəlman liderlərin nigeriyalının hərəkətlərinə etiraz olaraq məhkəmə binası qarşısına yürüş keçirəcəyi planlaşdırılır.
XS
SM
MD
LG