Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:29

Obama yenidən terrorla mübarizədən danışdı


ABŞ prezidenti Barak Obama son 3 gündə ikinci dəfə terrorla mübarizə barədə danışıb.

Obama deyib ki, yeni təhlükəsizlik tədbirləri görüləcək, hava limanlarında sərnişinlərin daha yaxşı yoxlanılması təmin ediləcək.

Prezident qeyd edib ki, Milad Bayramı baş verən hadisəyə görə kiminsə işdən çıxarılmasını istəməyəcək.

Dekabrın 25-də ABŞ-da bir nəfər Amsterdam-Detroyt aviareysi ilə uçan təyyarənin göyərtəsinə partlayıcı keçirə bilib. Terrorçu partlayıcını işə salmağa çalışsa da, sərnişinlər tərəfindən zərərsizləşdirilib.

ABŞ prezidenti isə çıxışında əlavə edib ki, ABŞ hadisənin arxasında dayanan Əl-Qaidəni məhv etmək üçün əlindən gələni edəcək: «Biz dünya müsəlmanları ilə aydın ünsiyyət qurmalıyıq ki, Əl-Qaidə iztirab və ölümdən, həmçinin müsəlman yoldaşlarının qətlindən başqa heç nə təklif etmir. Amerika isə ədalət və inkişaf axtaranların yanındadır».
XS
SM
MD
LG