Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 18:30

Bloqqerlərin apelyasiya şikayətinə baxılır


Yanvarın 8-də Bakı Apelyasiya Məhkəməsində gənc bloqqerlər - Emin Milli və Adnan Hacızadənin işinə baxılacaq.

Birinci instansiya məhkəməsi Emin Millini 2 il yarım, Adnan Hacızadəni 2 il müddətinə azadlıqdan məhrum edib. Bloqqerlər iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər, xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Vəkillər bu hökmdən apelyasiya şikayəti veriblər.

Bloqqerlərin işinə ilkin baxış keçirilərkən vəkillər həbs-qətimkan tədbirinin dəyişdirilməsini, bunun müqabilində hər biri üçün 5 min manat girov qoyulmasını istəsələr də, hakim vəsatəti qəbul etməyib.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
XS
SM
MD
LG