Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

Çadra və ya niqabla küçəyə çıxmaq qadağan edilir


Fransada müsəlman qadınların çadra və ya niqabla küçəyə çıxmasını qadağan edən qanun layihəsi hazırlanıb.

Parlament çoxluğunun rəhbəri Jan-Francois Kop "Le Figaro" qəzetinə bildirib ki, bu qanun qəbul edilsə baş örtüsü ilə küçəyə çıxan müsəlman qadın 750 avro, təxminən 900 manata qədər cərimələnəcək. Arvadını bu cür geyinməyə məcbur edən kişiləri isə daha böyük miqdarda cərimə gözləyir.

Deputat bildirib ki, yeni təşəbbüsdə qadınların baş örtüsünə yalnız xüsusi mədəni tədbirlərdə icazə verilməsi təklif edilir.

Bu qanun layihəsinin yaxın həftələrdə müzakirə üçün parlamentə veriləcəyi gözlənir.
XS
SM
MD
LG