Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 08:50

Yanukoviç Ukraynanı NATO-dan uzaqlaşdırmağa söz verir


Ukrayna prezidentliyinə namizəd Viktor Yanukoviç seçicilərinə ölkəsini NATO-dan kənar tutuacağına söz verib. Kiyev NATO-ya üzvlük üçün müraciət edib.

Bu barədə 59 yaşlı Yanukoviç "Komsomolskaya" qəzetinə müsahibəsində məlumat verib. O, həmçinin deyib ki, ölkəsinin Rusiyanın nəzarətində olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da qoşulmasına da zərurət görmür.

Yanukoviç həmçinin bildirib ki, onun tərəfdarları olan Rusiyaya meylli ukraynanlıları hazırkı prezident Viktor Yuşenkonun hakimiyyəti sıxışdırır.

Ukraynada prezident seçkiləri yanvarın 17-də keçiriləcək.
XS
SM
MD
LG