Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:40

İkili casus


Humam Xəlil əbu Mulal əl-Balavi
Humam Xəlil əbu Mulal əl-Balavi
Milad axşamı. Səhər saat 7. Əfqan ləhcəsi ilə naməlum şəxs zəng edərək bir il əvvəl yoxa çıxmış qardaşlarının başına gələni danışır. Onun qəhrəmanlıq göstərərək öldüyünü deyir…

Ötən həftə Əfqanıstanda partlayış törədərək, xüsusi xidmət orqanının 7 əməkdaşını öldürən Humam Xəlil əbu Mulal əl-Balavinin 32 yaşlı qardaşı danışır ki, onlara zəng edən şəxs qardaşını qəhrəman adlandırıb. Bildirib ki, «Humam xüsusi xidmət orqanına qarşı böyük əməliyyat keçirib».

Mərkəzi Kəşfiyyat Agentliyinin işçilərinin başına gələnlər barədə xəbəri ailəsi axşama yaxın alır. Bundan sonra bilirlər ki, sən demə əl-Balavi həkimliklə məşğul deyil, dolaşıq casus əməliyyatlarının mərkəzində dayanırmış.

Qərb rəsmiləri bildirir ki, Balavi İordaniyanın kəşfiyyat agentliyi tərəfindən işə götürülüb və Əfqanıstanda «Əl-Qaidə» ilə əlaqəyə girməli, özünü əcnəbi cihad döyüşçüsü kimi tanıtmalıydı. Ancaq dekabrın 30-da iordaniyalı özünü Əfqanıstanın Host vilayətində hərbi bazada partladaraq, xüsusi xidmət orqanının 7 əməkdaşı və İordaniya kəşfiyyatı zabitinin həyatına son qoyur. Bu arada ölən iordaniyalı kral Abdullanın uzaq qohumlarından biri olub.

«Nyu-York Times» qəzeti yazır ki, Balavi və onun fəaliyyəti barədə məlumatlar yavaş-yavaş üzə çıxır. Məsələn, İordaniya rəsmiləri bildirirlər ki, Balavi Pakistana gedərək, onlara könüllü şəkildə «Əl-Qaidə» və onun İordaniya və digər ölkələrdə planladığı əməliyyatlar barədə məlumat göndərməyə başlayıb. Rəsmilər bu məlumatların nə qədər dəyərli olduğunu açıqlamasalar da, Balavinin məlumatlarının diqqət çəkdiyini bildiriblər.

AİLƏYƏ MƏTBUATLA DANIŞMAQ YASAQ EDİLİB

İordaniyanın kəşfiyyat xidməti Balavinin məlumatını digər ölkələr, o cümlədən ABŞ-la bölüşüb.

Ancaq Balavinin atası Xəlil qəzetə deyib ki, təzadlı məlumatlara görə oğlu ilə dəqiq nə baş verdiyini hələ də anlamır: «Bizim məlumatımız yoxdur, eşitdiklərimiz ziddiyyətlidir».

Ailəsinin bildirdiyinə görə, Balavinin ən kiçik qardaşı həbs olunub. İndi ailəsi artıq-əskik danışmaqdan çəkinir. Ailəyə mətbuatla danışmaq yasaq edilib.

Balavinin ailəsi cihadla bağlı onun saytlara yazmasından da xəbərsiz olduğunu bildirib. Bununla belə, qardaşı son İsrail-Qəzza münaqişəsindən sonra onun «dəyişdiyini» əlavə edir.

Balavinin ailəsi Fələstin əsillidir. Qardaşı deyir ki, o, səhiyyə təşkilatları ilə könüllü əməkdaşlıq edib, yaralı fələstinlilərə yardım göstərib. Buna görə də İordaniya hökuməti tərəfindən həbs olunub. O, Balavinin həbsdən sonra «böyük təzyiq» altında olduğunu, kompyuterdən, elektron poçtdan imtina etdiyini, bunun ardınca isə yoxa çıxdığını danışır:

TƏHSİL VİZASI ÜÇÜN ABŞ HÖKUMƏTİNƏ MÜRACİƏT EDİBMİŞ

«Əgər pişiyi tutub, onu küncə qoysanız, o sizin üstünüzə atılacaq».

«Nyu York Times» bildirir ki, Əl-Balavinin törətdiyi partlayış cihad saytlarında qələbə, zəfər kimi qələmə verilir.

İntiharçının anası Şanara Fadel əl-Balavi «Frans-Press» Agentliyinə oğlunun heç vaxt ekstremist olmadığını bildirib. Onun vicdanlı, yaxşı tələbə olduğunu və ötən il təhsil vizası almaq üçün ABŞ hökumətinə müraciət etdiyini bildirib.

36 yaşlı həkim - Humam Xəlil Əbu-Mulal əl-Balavi həqiqətdə isə ikili casus olub. İordaniya xüsusi xidmət orqanları ilə çalışdığı bir vaxtda, «Əl-Qaidə» terror təşkilatı ilə əməkdaşlıq edib.

«Əl-Qaidə» internetdə məlumat yayaraq, dekabrın 30-da baş verən hadisənin ABŞ-ın Pakistana hava zərbələri endirməsinə cavab olduğunu bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG