Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:43

BİZİM HAMIMIZIN BİR VƏTƏNİ VAR – BU, AZƏRBAYCANDIR


Bütün həyat və fəaliyyətinin ana qayəsi Azərbaycana, öz xalqına xidmət etməkdən ibarət olmuş, ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanın inkişafına xidmət edən ulu öndər Heydər Əliyev tarix boyu müxtəlif səbəblər üzündən qürbətdə yaşamağa məcbur olmuş soydaşlarımız arasında əlaqələr yaradılması və onların bir-birinə yaxınlaşdırılması ideyasını böyük uzaqgörənliklə hələ avtoritar-totalitar rejimin hökm sürdüyü XX yüzilliyin 70-ci illərində gerçəkləşdirmişdir...

...1982-1987-ci illərdə sovet dövləti rəhbərliyində mühüm vəzifələrdə çalışdığı illər bir tərəfdən Heydər Əliyevi XX əsrin sonlarında türk dünyasının ən böyük liderinə çevirmişdisə, digər tərəfdən böyük öndər dünya azərbaycanlılarının fəxri kimi milli birlik və həmrəylik rəmzinin bütün cəhətlərini öz şəxsiyyətində ehtiva edən ümummilli liderinə çevirmişdi...

BABƏK RAYONUNUN ƏRAZİSİNDƏ YERLƏŞƏN HƏRBİ HİSSƏNİN YENİ ƏSGƏR YATAQXANASI, TƏDRİS HİSSƏSİ VƏ MƏİŞƏT KOMPLEKSİ İSTİFADƏYƏ VERİLMİŞDİR

Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu və sosial-iqtisadi inkişaf istiqamətində ildən-ilə uğurlarını artıran Azərbaycan Respublikasında ölkənin etibarlı müdafiəsinin təşkil edilməsi, hərbi potensialın gücləndirilməsi və modernləşdirilməsi, bütün növ qoşun birləşmələrinin müasir standartlar səviyyəsinə çatdırılması kimi məsələlər diqqət mərkəzindədir.

Umümilli liderimiz Heydər Əliyevin ordu quruculuğu sahəsində əsasını qoyduğu strategiya ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir...

...1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında ilk milli ordu qurumlarının yaradılmasına başlayan ümumilli liderimiz aparılan işlərin, görülən quruculuq tədbirlərinin nəticəsi olaraq 1992-ci il oktyabrın 9-da Naxçıvanda ilk hərbi paradın keçirilməsinə nail oldu. Azərbaycan dilində ilk hərbi əmrin və raportun səsləndiyi bu paraddakı çıxışında xalqımızın böyük oğlu demişdir....

DİGƏR MƏQALƏLƏRİN BAŞLIQLARI

  • 2009-cu ildə muxtar respublikamızıda bütün sahələrdə qazanılan uğurlar regionun gələcək inkişafına da zəmin yaratmışdır (2010-cu ili bu əhval-ruhiyyə ilə qarşılayırıq)
  • Şahmat üzrə muxtar respublika birinciliyinin qalibləri mükafatlandırılmışdır
  • Ordun varsa, yurdun var (Vətən qarşısında müqəddəs borcunu yerinə yetirən eloğlularımıza bayram sovqatları aparılır)
  • Rəssamlarımız yeni ilə yüksək ovqatla qədəm qoyurlar (Bu ovqatı onlara 2009-cu ilin uğurları bəxş etmişdir)
  • 2009-cu il birlik üzvlərinin həyatında yaddaqalan, sevindirici hadisələr çox olub (Müsahibimiz «Şərur» ədəbi birliyinin rəhbəri, şair-publisist İbrahim Yusifoğludur)
  • Naxçıvan Muxtar Respublikası 705 saylı hərbi hissə 2010-cu ilin 6 ayı üçün tələb olunan ərzaq və təsərrüfat məhsullarının satın alınması üzrə təkliflər sorğusu elan edir

BÜTÜN MƏQALƏLƏRİ BURADA OXU
XS
SM
MD
LG