Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:08

Ermənilərin katolikosu Azərbaycana gəlir


Bütün ermənilərin katolikosu II Qaregin
Bütün ermənilərin katolikosu II Qaregin
Bu ilin aprelində Bakıda Dünya dini liderlərinin sammiti keçiriləcək. «APA»nın məlumatına görə, bu təşəbbüslə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə MDB Dinlərarası Şurasının həmsədri kimi çıxış edib.

Bakıda keçiriləcək zirvə görüşü Rus Provaslav Kilsəsi ilə birgə təşkil ediləcək. İki gün davam etməsi gözlənilən tədbirə müsəlman, xristian, yəhudi və digər ənənəvi dinlərin liderləri dəvət olunacaq. Sammitə bütün ermənilərin katolikosu II Qareginin də dəvət ediləcəyi və onun tədbirdə iştirakı gözlənilir.

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bu qəbildən ilk tədbirin 2006-cı ildə Moskvada keçirildiyini bildirib:

«Həmin vaxt bu tədbirdə dünyanın 49 ölkəsinin 200-dək dini lideri iştirak etmişdi. Bakı sammitində bu coğrafiyanın daha da genişlənəcəyi istisna olunmur».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG