Keçid linkləri

Təcili xəbərlər
2023, 03 İyun, şənbə, Bakı vaxtı 18:02

Kalininqrad-Moskva qatarında partlayıcı həyəcanı


Kalininqrad-Moskva qatarı partlayıcı təhlükəsinə görə Belarusda dayandırılıb. Rusiyanın «İtar-Tass» agentliyi bildiriи ki, qatarın baş mühəndisi Orşa stansiyasında 500-dən artıq sərnişinə yükləri ilə birgə qatarı evakuasiya etmək göstərişi verib.

Stansiyada təhlükəsizlik əməkdaşları qatarda axtarış aparıb, 200-dən çox polis və xüsusi təlim olunmuş itlər cəlb olunub.

2 saatdan sonra sərnişinlərə deyilib ki, qatara qayıda və səfərlərini davam edə bilərlər.
XS
SM
MD
LG