Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:28

Mafiyadan kitab yazan jurnalisti güllələdilər


Yanvarın 5-də Bolqarıstanda yerli qanqsterlər haqqında kitab yazmış radiojurnalisti öldürüblər. (Röyters) Bobi Stankovu paytaxt Sofiyada günün-günorta çağı güllələyiblər. Yaxınlıqda olan daha iki nəfər yaralanıb və hospitala yerləşdirilib.

30 yaşlı Tsankov cinayətkar aləmin bosları ilə ünsiyyətdə olduğunu ictimaiyyətə açıqlayandan sonra mütəşəkkil cinayətkarlıq haqqında kitab çap eləmişdi.

Keçən ilin noyabrında – kitabının çapından bir qədər əvvəl o, polisə bildirmişdi ki, ölümlə hədələnir.

2001-ci ildən bəri cinayətkar dəstələr Bolqarıstanda 150 nəfər öldürüblər

Iki il qabaq Bolqarıstanın mafiya qrupları haqda kitab yazmış başqa bir yazar – Georgi Stoyev də Sofiyada otelin qarşısında qətlə yetirilmişdi.

Həm ölkə müxalifəti, həm də Avropa Birliyi Bolqarıstan hökumətindən mütəşəkkil cinayətkarlığa və korrupsioner məmurlara qarşı mübarizəni gücləndirməyi tələb edir.

Hökumətin bu sahədəki işindən razı qalmayan Avropa Birliyi 2008-ci ildə Bolqarıstana verəcəyi milyonlarla dollar yardımı kəsib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG