Keçid linkləri

Təcili xəbərlər
2023, 07 İyun, çərşənbə, Bakı vaxtı 09:15

Timoşenko evdə səs verməyin əleyhinədir


Ukrayna prezidentliyinə namizəd və baş nazir Yuliya Timoşenko seçicilərin evdə səs verə bilməsi ilə bağlı MSK-nın qərarından şikayət etmək fikrindədir.

Mərkəzi Seçki Komissiyası qərarı dünən qəbul edib.

Timoşenko deyir ki, MSK üzvlərinin əksəriyyəti Regionlar partiyasındandır və bu seçikini saxtalaşdırmaq üçün daha bir yoludur.

Ukraynada prezident seçkiləri yanvarın 17-də keçiriləcək.

Əsas mübarizənin Yuliya Timoşenkoyla Regionlar partiyasının sədri Viktor Yanukoviç arasında olacağı gözlənilir.
XS
SM
MD
LG