Keçid linkləri

2024, 27 May, Bazar ertəsi, Bakı vaxtı 04:48

NASA kosmik fəzada 2 müəmmalı obyekt aşkar edib


NASA kosmik fəzada 2 müəmmalı obyekt aşkar edib. Yeni Kepler teleskopunun köməyi ilə aşkar edilən bu obyektlər planet olmaq üçün həddən artıq isti, ulduz olmaq üçünsə çox kiçikdirlər.

NASA-nın asrtrofizika qrupuna rəhbərlik edən Con Morse AP agentliyinə bildirib ki, kainatda insan təxəyyülünə sığmayan yeni-yeni möcüzələr aşkar edilir.

Alimlər 2 fərziyyə irəli sürürlər.

Birincisi odur ki, NASA-nın aşkar etdiyi obyektlər 200 milyon ildən artıq yaşı olmayan planetlərdi. Bu rəqəm planetlər üçün çox az sayıldığından onlara yeni doğulan planet deyilir və bir qayda olaraq onların temperaturu çox yüksək olur.

İkinci fərziyəyə əsasən isə, tapıntını astronomların «ağ cirtdan» adlandırdığı xüsusi ulduz qrupuna aid etmək olar. «Ağ cırtdan» bütün enerjisi istifadə etmiş və ancaq soyumaqda olan kiçik nüvədən ibarət ulduza deyilir.

Yeni hazırlanmış Kepler teleskopu NASA-nın sərəncamına 6 həftə əvvəl verilib. Onun köməyi ilə kosmosda Yer kürəsinə bənzəyən planetlərin tapılması nəzərdə tutulur. Astronomlar ümid edirlər ki, yeni texnologiya onlara canlı həyatın mövcud olduğu planetləri aşkar etməyə imkan verəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG