Ali Məhkəmə Azad İqtisadiyyata Yardım İctimai Birliyinin (AİYİB) informasiyaya çıxış işi üzrə ikinci şikayətini də təmin edib. Bu haqda adı çəkilən birliyin məlumatında deyilir.
Ali Məhkəmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin AİYİB-in informasiya sorğusuna cavab verməməsinin qanunsuz hesab edilməsi barədə kassasiya şikayətini təmin edib. Apellyasiya Məhkəməsi bu il yanvarın 27-də işə təzədən baxacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilən sorğu nazirliyin inzibati binasının yenidənquqrulması ilə bağlı olub. Lakin nazirlik sorğunu cavablandırmaqdan imtina edib. AİYİB-nin nazirliyin informasiya sorğusuna cavab verməməsinin qanunsuz hesab edilməsi və cavabdeh şəxslər barədə xüsusi qərardadın çıxarılması barədə iddiası birinci və apellyasiya məhkəmələri tərəfindən təmin edilməyib.
Bu, AİYİB-in informasiyaya çıxış işi üzrə Ali Məhkəmədə təmin edilən ikinci kassasiya şikayətidir. Birinci qərar Təhsil Nazirliyinin informasiya sorğusuna cavab verməməsinin qanunsuz hesab edilməsi ilə bağlı olub.