Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 21:50

Azərbaycan Rusiyaya elektrik enerjisi ixrac edir


«Azerenerji»nin vitse-prezidenti Marlen Əsgərov

«Azerenerji»nin vitse-prezidenti Marlen Əsgərov

«Azerenerji» Səhmdar Cəmiyyəti (SC) Rusiyaya sutkada 200-250 min kVt/saat elektrik enerjisi ixrac edir. Bu barədə «Azerenerji»nin vitse-prezidenti Marlen Əsgərov deyib.

Onun sözlərinə görə, Rusiyaya ixrac edilən elektrik enerjisi gecə saatlarına düşür, çünki məhz bu vaxt ölkədə elektrik enerjisi artıq qalır. İri elektrik stansiyalarının işinin dayandırılması «Azerenerji»yə sərf etmir, çünki stansiyaların yandırılıb-söndürülməsi vaxt və vəsait itkisinə səbəb olur.

Rusiya, Azərbaycan və İran enerji sistemi birliyinə gəlincə, Əsgərov deyib ki, hazırda Moskva və Tehran bu məsələyə dair danışıqlar aparır.

«Azərbaycan bu layihəni reallaşdırmağa hazırdır, çünki bu layihə Azərbaycana öz elektrik enerjisini ixrac etməyə, həmçinin öz ərazisi vasitəsilə enerji tranzitindən gəlir əldə etməyə imkan verir».

/Trend/

Şərhləri göstər

XS
SM
MD
LG