Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:26

Bayram günlərində 67 yol-nəqliyyat hadisəsi olub


Bayram günlərində Azərbaycan ərazisində baş verən yol qəzalarında 19 nəfər ölüb, 74 nəfər yaralanıb.

Bu barədə «APA»ya Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Kamran Əliyev məlumat verib.

Onun sözlərinə görə, 31 dekabrdan 4 yanvaradək Azərbaycan ərazisində 67 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Onun 27-si Bakının payına düşür. Həmin qəzalarda 9 nəfər ölüb, 29 nəfər ağır yaralanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə «APA»ya bildirilib ki, bayram günlərində daxili işlər orqanları tərəfindən 1-i qəsdən adam öldürmə olmaqla, ümumilikdə 108 cinayət faktı qeydə alınıb.

Cinayət törətməkdə təqsirli bilinən 62 nəfər həbs edilib.
XS
SM
MD
LG