Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Fevral, şənbə, Bakı vaxtı 13:33

Əfqan parlamenti nazirləri seçir


Əfqanıstan parlamenti yenidən nazir vəzifəsinə namizədləri nəzərdən keçirəcək.

Əfqanıstan prezidenti Həmid Kərzayi parlamentin 45 günlük qış tətilini təxirə salmaqla bağlı sərəncam verib.

Şənbə günü parlament prezidentin təklif etdiyi 24 namizəddən 17-ni qəbul eləməyib.

Kərzainin qərarına görə, parlamentə yeni namizədlər qısa zamanda təqdim olunacaq və parlament hökumətin tərkibini təsdiqləyənə qədər tətilə getməyəcək.

Əfqanıstan parlamentində qış tətili yanvarın 5-dən başlamalı idi.
XS
SM
MD
LG