Keçid linkləri

2025, 23 İyun, Bazar ertəsi, Bakı vaxtı 09:00

Yəməndəki Fransa səfirliyi də bağlandı


Yəməndəki Fransa səfirliyi də Əl-Qaidə yaraqlılarının mümkün hücumu təhlükəsi üzündən bağlanıb. ABŞ və Britaniya səfirlikləri də eyni səbəbdən hələ bağlıdır.

Yəmən rəsmiləri paytaxt Sənanın şimalında iki Əl-Qaidə yaraqlısını öldürdüklərini bildiriblər. Bazar günü ABŞ prezidenti Barak Obamanın terrorla mübarizə müşaviri Con Brennan Əl-Qaidənin Yəməndə terror aktı hazırladığını bildirmişdi.

Milad bayramı günü Detroyt aeroportunda bit təyyarəni yandırmağa cəhd edən nigeriyalının həbsindən sonra, hadisəyə görə məsuliyyəti Əl-Qaidənin Yəmən təşkilatı üzərinə götürmüşdü.
XS
SM
MD
LG