Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:48

Baş nazir iti və pişiyi haqqında kitab yazıb


İqlim dəyişikliyi və qlobal maliyyə böhranı kimi çox “ağır” mövzularda yazıların müəllifi kimi ad çıxaran Avstraliyanın baş naziri Kevin Radd yaxın vaxtlarda yeni ampluada debüt edəcək.

Bu ayın axırı o, həmmüəllifi olduğu yeni uşaq kitabınının təqdimatını keçirəcək.

Kitabın qəhrəmanları Casper və Abbi real həyatdan götürülüb.

Onlar baş nazirin dördayaqlı dostlarıdır.

Casper daim qulluq tələb edən ev pişiyi, Abbi isə qızılı rəngli ov itidir.

Onların birgə sərgüzəştləri isə baş nazirin Kamberradakı rəsmi iqamətgahında baş verir.

Məlumata görə, Cənab Radd yeni kitaba həmmüəlliflik etməyə uşaqlar üçün televiziya verilişinin aparıcısı Rays Maldundan təklif alandan sonra razılaşıb.

Kitab yanvarın 26-da – Avstraliya günü satışa çıxarılacaq.

Həmin gün – 1788-ci ildə bir qrip britaniyalını gətirən ilk donanma Avstraliya sahillərinə yan alıb və materikin bir hissəsi Böyük Britaniya Krallığının ərazisi elan edilib.

Kitabdan əldə edilən gəlir Melburndakı uşaq hospitalına veriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG