Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:58

Güclü külək Daşkəsənin üç kəndini işıqsız qoyub


Yanvarın 2-də qasırğa nəticəsində Daşkəsən rayonunun mərkəzindən 20-30 kilometr aralıda yerləşən 3 kənd - Qıyıxlı, Şahvələdli, Çovdar işıqsız qalıb. Həmin kəndlərə elektrik enerjisi hələ bərpa edilməyib.

Bu barədə məlumatı Daşkəsən rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayev verib. Onun sözlərinə görə, hazırda rayona qar yağdığından qasırğanın yaratdığı fəsadların aradan qaldırılmasını çətinləşdirib.

Cavanşir Qocayev deyir ki, qasırğa nəticəsində binaların, evlərin dam örtüklərinə ciddi ziyan dəyib, 5 elektrik dirəyi sıradan çıxıb.
XS
SM
MD
LG