Fələstin prezidenti Mahmud Abbas İsraillə sülh danışıqlarını bərpa etmək məqsədilə danışıqlar aparmaq üçün Misirə gəlib. O, bu gün Misir prezidenti Hüsnü Mübarəklə görüşəndən sonra Qətərə, sonra isə Küveyt və Türkiyəyə səfər edəcək.
Bundan bir həftə əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Qahirədə olub. ABŞ prezidenti Barak Obama dəfələrlə hər iki tərəfi danışıqları bərpa etməyə çağırsa da fələstinlilər İsrailin məskunlaşdırmanı dayandırmasını ilkin şərt kimi irəli sürürlər.