Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:11

Bu gündən ABŞ-a uçanlar daha ciddi yoxlanacaq


ABŞ hökuməti bildirib ki, bu gündən 14 ölkədən Amerikaya uçan təyyarələrin sərnişinlərinə qarşı daha ciddi yoxlanış rejimi tətbiq ediləcək. Sərtləşdirilmiş yoxlanış qaydalarının tətbiqi Milad günü bir nigeriyalının Amsterdamdan Detroidə uçan təyyarəni partlatmaq cəhdindən sonraya təsadüf edir.

Yeni qaydalar terrorçuluğu dəstəkləyən ölkələr siyahısında olan 4 ölkənin – Kuba, İran, Sudan və Suriyanın, eləcə də beynəlxalq antiterror fəaliyyətinin diqqət mərkəzində olan Əfqanıstan, Əlcəzair, İraq, Livan, Liviya, Nigeriya, Pakistan, Səudiyyə Ərəbistanı, Somali və Yəmən sərnişinlərinə tətbiq olunacaq.

XS
SM
MD
LG