Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Avqust, Cümə, Bakı vaxtı 02:17

24 kabinet üzvündən 17-si geri qaytarıldı


Əfqanıstan parlamenti yeni kabinet üzvlərinin yarıdan çoxunu rədd etdiyinə görə prezident Həmid Kərzai yenidən seçim etməlidir.

Deputatlar dünən keçirilmiş səsvermədə prezidentin təqdim etdiyi 24 namizədən 17-ni rədd ediblər.

Müdafiə, daxili işlər, maliyyə, kənd təsərrüfatı, səhiyyə, mədən və sənaye nazirlərinin namizədlikləri qəbul olunub.

Prezident Həmid Kərzai yeni kabinetin tərkibini dekabrın sonunda təqdim etmişsdi.

Qərb Kərzaidən ölkədə korrupsiyaya qarşı qəti mübarizə aparılmasını tələb edir.
XS
SM
MD
LG