Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:00

ABŞ bir daha İranı yola gəlməyə çağırıb


Birləşmiş Ştatlar bir daha İranı onun nüvə proqramıyla bağlı beynəlxalq aləmin təklifini qəbul etməyə çağırıb.

Plana görə İran öz uran ehtiyatlarını ikinci ölkəyə göndərməli və əvəzində həmin ölkədən zənginləşdirilmiş uran almalıdır.

Amma Tehran artıq bu təklifi rədd edib.

İranın xarici işlər naziri Manucöhr Mottaki dünən bir daha bəyan edib ki, əgər qərb ölkələri İranı zənginləşdirilmiş uranla təmin etməsələr, bu işi İranın özü görəcək.

Qərb hesab edir ki, İran zənginləşdirilmiş urandan nüvə silahının istehsalında da istifadə edə bilər.

Tehran ittihamı rədd edir.
XS
SM
MD
LG