Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:39

Yəmən terrorçuların yeni bazasına çevirilib


Birləşmiş Ştatlarla Böyük Britaniya Əl Qaidəylə mübarizədə Yəmən hökumətinə maliyyə yardımı etmək razılığına gəliblər.

ABŞ prezidenti Barak Obamayla Böyük Britaniyanın baş naziri Qordon Braun Yəmənin xüsusi təinatlı polis qüvvələri və Somaliylə Yəmən arasındakı körfəzdə dəniz quldurlarıyla mübarizə aparan sahil gözətçilərini maliyyələşdirmək qərarına gəliblər.

Liderlər həmçinin BMT-ni Somalidəki sülhməramlı qüvvələrin sayını artırmağa çağırmaq fikrindədirlər.

ABŞ prezidenti Barak Obama dünən illik çıxışında deyib ki, Amsterdamdan Birləşmiş Ştatlara uçan təyyarəni partlatmaq istəyən nigeriyalını Əl Qaidə Yəməndə hazırlayıb.

Böyük Britaniyanın baş naziri Qordon Braun isə bundan əvvəl demişdi ki, Yəmən dünyada fəaliyyət göstərən terorçuların yeni bazasına cevirilib.
XS
SM
MD
LG