Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:14

Cənub bölgəsinə əsən güclü külək rayonlara xeyli ziyan vurub


Cənub bölgəsinə əsən güclü külək təsərrüfatlara xeyli ziyan vurub. Lənkəran və Astara rayonlarında elektrik və rabitə xətləri sıradan çıxıb. Rayonlara elektrik enerjisi verilməsi məhdudlaşdırılıb. Fərdi və ictimai binalara ziyan dəyib. Külək onlarla ağacı kökündən qoparıb. Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və rayon Fövqəladə hallar Komissiyasının sədri Məzaim Hüseynovun dediyinə görə, hələ ki aşmış ağacları yollardan təmizləməklə məşğuldurlar.

Ən böyük ziyan Lerik rayonuna dəyib. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Abil Məlikovun AzadlıqRadiosuna verdiyi məlumata görə, külək elektrik və rabitə xətlərini dağıdıb, rayona elektrik enerjisi verilməsi dayandırılıb. Fərdi və ictimai binalara ziyan dəyib. Meşədə isə yanğın başlayıb: «İlk dəfədir ki, bu cür güclü küləklə rastlaşmışıq. Heç bir tədbir görmək mümkün deyil. Saniyədə 35-40 metr əsən külək buna imkan vermir».

Hər iki rayona dəymiş ziyanı hesablamaq hələ ki mümkün olmayıb.
XS
SM
MD
LG