Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:53

Yeni kabinet üzvlərinin yarıdan çoxu rədd edilib


Əfqanıstan parlamenti prezident Həmid Kərzainin təklif etdiyi yeni kabinet üzvlərinin yarıdan çoxunu rədd edib.

Deputatlar enerji, ticarət, iqtisadiyyat və ədliyyə nazirləri də daxil olmaqla 17 nəfərin namizədliyini rədd ediblər.

Müdafiə, daxili İşlər və maliyyə nazirləri də daxil olmaqla 7 nəfərin namizədliyi isə qəbul olunub.

Prezident Həmid Kərzai yeni kabineti parlamentə dekabrın sonunda təqdim edib.

Qərb prezident və yeni kabinetdən ölkədə korrupsiyaya qarşı qəti mubarizə aparılmasını tələb edir.
XS
SM
MD
LG