Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:15

Təyyarəni partlatmaq istəyən adam Yəməndə hazırlanıb


ABŞ təyyarəsini partlatmağa cəhd göstərən adam Əl Qaidə tərəfindən Yəməndə hazırlanıb.

Bunu ABŞ prezidenti Barak Obama deyib.

Obama illik çıxışında qeyd edib ki, 23 yaşlı nigeriyalı Ömər Fərux Abdulmütəllib Əl Qaidəyə Ərəb Yarımadasında qoşulub və Birləşmiş Ştatlara uçan təyyarəni partlatmaq üçün xüsusi tapşırıq alıb.

Ömər Fərrux Abdulmütəllib dekabrın 25-də Amsterdamdan Detroyta uçan sərnişin təyyarəsini partlatmağa cəhd göstərsə də sərnişinlər tərəfindən zərərsizləşdirilərək həbs olunub.

Ona qarşı itiham irəli sürülüb.
XS
SM
MD
LG