Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:00

Qadın jurnalistə «kişi ilə gəl» deyib viza verməyiblər


Xarici İşlər naziri Ahmet Davutoğlunun Səudiyyə Ərəbistanına səfərini izləmək üçün nazirin heyəti ilə Ciddəyə getmək istəyən «Habertürk» qəzetinin köşə yazarı Nihal Bengisu Karacaya viza verilməyib.

Səudiyyə Ərəbistanının rəsmi dairələri viza üçün müraciət edən Karacaya, bu ölkəyə atası və ya həyat yoldaşı ilə gedə biləcəyini, ya da onlardan icazə kağızı gətirməsinin lazım olduğunu bildiriblər.

Türkiyədəki islami təbəqənin önəmli yazarlarından olan Nihal Bengisu Karaca, viza almaq üçün Səudiyyə Ərəbistanın irəli sürdüyü tələbə münasibətini bu sözlərlə bildirib:

«Bu yaşdan sonra atamdan və ya həyat yoldaşımdan icazə ala bilmərəm. Peyğəmbərin sümükləri sızlayır. Rəsmi heyətdə olan bir qadın jurnalistin atasından və ya həyat yoldaşından razılıq sənədi tələb etmək qədər aşağılayıcı və ayrı-seçkiçi bir düşüncə ola bilməz».
XS
SM
MD
LG