Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:03

Prokuror müxalifəti "Allaha qarşı çıxmaq" ittihamı ilə hədələdi


İranın baş prokuroru Qulam Hüseyn Ejehi müxalifət liderlərindən ötən həftə sonu keçirilmiş etiraz aksiyalarını pisləməyi tələb edir. O, deyib ki, əks halda Mir Hüseyn Musəvi və Mehdi Kərrubi kimi liderlər "Allaha qarşı çıxmaq" ittihamı ilə üzləşəcəklər.

Dekabrın 27-də müxalifətin keçirdiyi etiraz aksiyasında polislə qarşıdurmada rəsmilər səkkiz adamın həlak olduğunu bildirirlər.

Müxalifət bu gün də Tehranda mitinq təyin etmişdi. Amma hökumət qüvvələri hərbi texnika ilə adamların toplaşmasına imkan verməyib.
XS
SM
MD
LG