Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 09:56

«Hakimiyyət tənqidçiləri susdurmaq üçün onların cibinə narkotik atır»


Committee to Protect Journalists - CPJ Official Logo
Committee to Protect Journalists - CPJ Official Logo
Mərkəzi Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) həbsdəki jurnalist Eynulla Fətullayevin üzərindən narkotik tapılması hadisəsini kəskin pisləyir.

Komitənin dekabrın 30-da yaydığı bəyanatında deyilir ki, JMK Fətullayevlə bağlı indiyə qədər baş verən hadisələri, hökumətin onu uzun zamandan bəri təqib etməsini nəzərə alıb belə nəticəyə gəlir ki, narkotik hadisəsi qurama işdir.

Dekabrın 29-da həbsdəki jurnalist Eynulla Fətullayevin ayaqqabısından və paltarının astarından 0.2 qram geroin tapılıb.

Fətullayevi terrorizmə çağırış, vergidən yayınma ittihamları ilə 8.5 il müddətinə azadlıqdan məhrum ediblər. O, Azərbaycan məhkəmələrindən Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət edib. Yaxın həftələrdə iş üzrə dinləmələrin keçirilməsi gözlənilirdi. AİHM Fətullayevin şikayətini təmin edəcəyi halda o, azadlığa buraxılmalı idi.

Komitənin Avropa və Mərkəzi Asiya üzrə Proqram direktoru Nina Oqnyanova deyib:
Nina Oqnianova


«Biz Azərbaycanın Penitensiar Xidmətinə və Qaradağ Rayon Polisinə müraciət edirik ki, həmkarımız Eynulla Fətullayevin üzərindən bu yeni saxta ittihamı götürsünlər və narkotiki onun üzərinə kimin atdığını araşdırıb ortaya çıxarsınlar».

Bəyanatda deyilir ki, Azərbaycan hakimiyyətinin təcrübəsində öz tənqidçilərini susdurmaq üçün onların cibinə narkotik atma üsulu olub. 2006-cı ilin iyununda «Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakit narkotik saxlama ittihamı ilə həbs olunub. Bəyanatda deyilir ki, Azərbaycan hakimiyyəti belə utancverici təcrübəyə təcili son qoymalıdır.
XS
SM
MD
LG