Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:21

Gənclərə xaricdə iş imkanı


Hansı ixtisasda oxumağından asılı olmayaraq AİESEC – Beynəlxalq Tələbə Təşkilatı tələbələrə istənilən ölkədə iş təcrübəsi əldə etmək imkanı verir
Hansı ixtisasda oxumağından asılı olmayaraq AİESEC – Beynəlxalq Tələbə Təşkilatı tələbələrə istənilən ölkədə iş təcrübəsi əldə etmək imkanı verir
Hansı ixtisasda oxumağından asılı olmayaraq AİESEC – Beynəlxalq Tələbə Təşkilatı tələbələrə istənilən ölkədə iş təcrübəsi əldə etmək imkanı verir.
Bunu «14-24»-ə AİESEC Azərbaycandakı nümayəndələrindən Nadir Saraclı deyir:

«Azərbaycan gəncləri üçün AİESEC çox gözəl bir şansdır ki, beynəlxalq iş təcrübəsi qazansın, bir tələbə kimi xarici ölkədə xarici şirkətdə işləsin. Tələbə mübadiləsi, iş təcrübəsindən başqa AİESEC Azərbaycan gənclərinə xarici ölkələrdə müxtəlif tədbirlərdə iştirak etmək imkanı verir».

Bəs maliyyə xərcləri? AİESEC tələbələrin xarici ölkədə qalmaq, yemək xərclərini qarşılayır. Tələbənin öhdəsinə düşən isə sadəcə özünün gediş haqqını ödəməkdir.

Nadir Saraclı deyir ki, müraciət edən tələbələrin ingilis dili səviyyəsi minimum standartlara cavab verməlidir, yəni ünsiyyət üçün kifayət etməlidir:

«Gedəcəyi ölkədən asılı olaraq alman, fransız və s. başqa dilləri bilənlər də müraciət edə bilər. Biz tələbə ilə müsahibə edirik. Müsahibədən keçən tələbəni növbəti görüşə çağırırıq – ingilis dili ilə bağlı test təqdim edirik. Bu mərhələdən də keçəndən sonra biznes-oyunlar keçiririk. Tələbəyə müəyyən bir iş tapşırılır ki, onun öhdəsindən necə gələcək. Bu etapları keçdisə, tələbənin anketini hazırlayırıq, bizim sistemə yerləşdiririk. Tələbənin göstəricilərini sistemimizdən görən şirkət bəyənirsə, əlaqə saxlayır».

AİESEC Beynəlxalq Tələbə Təşkilatı İkinci Dünya Müharibəsindən sonra - 1948-ci ildə 7 Avropa ölkəsi tərəfindən yaradılıb. Fəaliyyət göstərdiyi 61 ildə onun üzvləri 107 ölkəyə çatıb. Azərbaycan 2006-cı ildən bu təşkilata qoşulub.

2007-ci ildən bu günədək 80-ə yaxın Azərbaycan tələbəsi AİESEC vasitəsilə xaricdə təcrübə keçmək imkanı əldə edib.
XS
SM
MD
LG