Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:22

Bakıda 35 yaşlı kişi özünü partlatdı


Dekabrın 30-u axşam saatlarında Bakının Nərimanov rayonu ərazisində 35 yaşlarında kişi özünü partladıb. Hadisə nəticəsində qumbaranı partladan şəxs ölüb, yoldan keçən bir nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Nərimanov rayon prokurorunun müavini Cavid Quliyev APA-ya bildirib ki, özünü partladan şəxs Əliyev Rasim Şəmiddin oğludur. Onun hadisəni hansı səbəbdən törətdiyi isə hələlik məlum deyil. Prokuror müavini hadisə yerində araşdırma aparıldığını, baş vermiş olayın təfərrüatlarının öyrənildiyini bildirib.
XS
SM
MD
LG