Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:06

Son 10 ilin dünya gözəli müəyyənləşdi


Hollivud aktrisası Ancelina Coli dünya üzrə «son on ilin gözəllik simvolu» élan olunub.

Sorğunu Böyük Britaniyanın sağlamlıq və kosmetika satışı üzrə ixtisaslaşmış ikinci ən böyük şirkəti «Superdrug» şirkəti 3 min respondent arasında keçirib. Şirkətin 905 mağazası Britaniyada hər həftə dörd milyon yarım müştəriyə xidmət göstərir.

QABARIQ DODAQLARI, GUR SAÇLARI VƏ GÜCLÜ XARAKTERİ

Colinin cəzbedici qabarıq dodaqları, gur saçları və güclü xarakteri onu obrazlı desək, bütün dünya qadınlarının rəqibinə çevirib.

Bu siyahıda ikinci yerdə Ancelina Colinin hazırkı həyat yoldaşı Bred Pitin əvvəlki arvadı Cennifer Aniston gəlir.

«Superdrug»ın kommersiya direktoru Stiv Jebson deyib ki, Coli ənənəvi gözəl deyil, amma güclü xarakteri onun heyrətamiz xüsusiyyətlərinin üzərindən parlayır, ona dünya gözəllik aləmində nadir mövqe bəxş edir:

«Hər kəs Colinin qabarıq və cəzbedici dodaqlarından danışır. Amma biz müəyyənləşdirdik ki, Britaniya qadınlarını Colinin rəqibinə çevirən onun uzun, gur, parlaq saçları və şahanə bədən fiqurasıdır».

«Superdrug»ın siyahısında üçüncü yerdə müğənni Kayli Minouq gəlir, dördüncü yeri isə uelsli aktrisa Katrin Zeta Cons tutub.

FUTBOLÇUNUN XANIMI 5-Cİ YERDƏ

Britaniya müğənnisi Çeril Koul siyahıda beşinci yerdədir. Koul «Çelsi» klubunun oyunçusu Eşli Koulun həyat yoldaşı, «Girls Aloud» – qızlardan ibarət mahnı qrupunun üzvüdür.

Aktrisa Skarlet Yohanson siyahıda altıncıdır, Yohansondan sonra Kira Naytli gəlir.

Sorğunun nəticələrinə görə, səkkizinci yeri Amerika superstarı Biyons, doqquzuncunu aktrisa Liv Teylr qazanıb.

Oskar mükafatı laureatı aktrisa Holli Berri birinci onluğa möhür vurub.

Növbəti onluğa düşən gözəllər arasında «Titanik» filminin ulduzu Keyt Uinsletin, «Transformer» trillerindən tanınan Megan Foxun və «This Morning» teleproqramının aparıcısı Holli Uillobinin adları var.

«Superdrug» bu sorğunu üçüncü dəfədir ki, keçirir. Əvvəlki illərdə «Gözəllik ikonası» adına Çeril Koul və Kera Naytli layiq görülmüşdülər.

Bu, dünya üzrə «Superdrug»ın müəyyənləşdirdiyi gözəllərin siyahısı idi. Bəs siz Azərbaycan gözəllərinin ilk beşliyinə kimlərin adını daxil edərdiniz? Şərh edin!

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG