Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 14:45

Qazaxıstanın İrana uran vermək planı yoxdur


Qazaxıstan İrana uran vermək istəməsilə bağlı yayılmış məlumatı təkzib edib.

Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Erjan Aşikbayev deyib ki, ölkənin uran sahəsində fəaliyyəti Beynəlxalq Atom Enerjisi Agentliyinin tələblərinə tam cavab verir.

Qərb diplomatları Qazaxıstanın İrana 1 350 ton saf uran satmaq istəməsilə bağlı kütləvi informasiya vasitələrinin yaydıqları məlumatdan narahatlıq bildirmişdilər.

İran dünən bir daha onun nüvə proqramı ətrafında yaranmış vəziyyətin həlliylə bağlı aparıcı dünya ölkələrinin təklifini rədd edib.
XS
SM
MD
LG