Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:04

Bayram günləri üçün hava proqnozu


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidreloqu Asif Verdiyevin ANS PRESS-ə verdiyi məlumata görə, dekabrın 31-də Bakıda və Abşeron yarmadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Dekabrın 30-dan 31-nə keçən gecə və səhər bəzi yerlərdə az yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Şimal küləyi səhər mülayimləşəcək, günün ikinci yarısında cənub-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-10° isti olacaq.

Baş hidroloq yeni ilin ilk gününü də buludlu keçirəcəyimizi bildirib. Ancaq havanın əsasən yağmursuz olacağı proqnozlaşdırılır. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-12° isti olacaq.

Yanvarın 2-də səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Cənub-qərb küləyi əsəcək, arabir bir qədər güclənəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 12-16° isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 30-dan 31-nə keçən gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və bəzi dağətəyi rayonlarda qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-12° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacaq.

Yanvarın 1 və 2-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal edilir. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı dağlıq rayonlarda arabir 18-23 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.

XS
SM
MD
LG