Hindistanda dünyaca məşhur Britaniya yazıçısı Corc Oruellin doğulduğu evi muzeyə çevirmək qərarına gəliblər.
Britaniyanın “Times” qəzeti yazır ki, bu yaxınlaracan Motihari əyalətinin çox az sakini Corc Oruellin adını eşitmişdi.
Stalin totalitarizminə qarşı yazdığı “Animal farm” və “1984” əsərləri ilə məşhurluq qazanan yazıçının həmin əyalətdəki evi bu yaxınlaracan uçuq-sökük vəziyyətdə idi və sahibsiz heyvanların yuvasına çevrilmişidi.
İndi yerli hakimiyyət binada yenidənqurma işləri aparır.
Bütün işləri 3 aya başa çatdırmaq nəzərdə tutulur. Bundan sonra binanın yerləşdiyi ərazi mühafizə edilən zona elan ediləcək.
Motihari Hindistanın ən kasıb bölgələrindəndir.
Yerli hakimiyyət məşhur yazıçının muzeyini yaratmaqla bölgəyə əcnəbi turistləri cəlb etmək istəyir.
Əsl adı Erik Artur Bleyr olan Corc Oruell 1903-cü ildə - Motiharidə yaşayan və Britaniyanın Hindistandakı hökumətində çalışan Riçard Bleyrin ailəsində anadan olub.
Corc Oruellin ailəsi Hindistandan Britaniyaya onun 1 yaşı olarkən köçüb.
Yazıçı 1950-ci ildə vəfat etsə də, onun “Animal farm” əsəri indi də populyar olaraq qalır.
Əsərdə heyvanlar inqilab edib qəddar ferma sahibini qovurlar və öz hökumətlərini qururlar.
Amma heyvanların öz aralarından seçdikləri başçılar getdikcə elə azğınlaşır, elə harınlayırlar ki, onların qovulan ferma sahibindən heç bir fərqi olmur.