Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 06:36

Əfqanıstanda həlak dinc sakinlərin sayı artıb


Əfqanıstan Prezidenti Həmid Kərzai Kunar əyalətində 10 dinc sakinin həlak olması faktlarını araşdırmaq üçün blgəyə xüsusi komissiya göndərib. Iddialara görə, xarici əsgərlərin hücumu nəticəsində bazar günü çoxu tələbə olan dinc sakinlər həlak olub. Əfqan prezidenti hadisəni pisləyib. NATO qüvvələri isə həmin gün, həmin yerdə heç bir əməliyyat keçirmədiklərini bəyan eləyib.

BMT-nin bu gün açıqladığı rəqəmlərə görə, bu ilin ilk 10 ayı ərzində Əfqanıstanda həlak olan dinc sakinlərin sayı ötən illə müqayisədə 10 faiz artıb və 2040-a çatıb.
XS
SM
MD
LG