Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:39

Tovuz sakini erməni silahlı qüvvələrinin gülləsinə tuş gəlib


Tovuz rayon Polis Şöbəsinin rəisi Vaqif Süleymanovun verdiyi məlumata görə, hadisə dekabrın 28-də saat 18 radələrində rayonunun Əlibəyli kəndində baş verib. Üç uşaq atası – 1964-cü il təvəllüdlü Eldar Tağıyev Tovuz çayı sahilində qum yığarkən atəşə tutulub. Erməni silahlı qüvvələrinin mərkəzi postunun 20-30 metrliyinədək yaxınlaşan E.Tağıyev aldığı güllə yaralarından yerindəcə keçinib.
XS
SM
MD
LG