Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

ABŞ terror cəhdinin təşkilatçılarını axtarır


ABŞ-a yollanan təyyarəni partlatmaq cəhdi ilə bağlı məsələ məhkəməyə çıxarılmayanadək Birləşmiş Ştatlar sakitləşməyəcək. Prezident Barak Obama belə deyib.

O, bildirib ki, əgər şübhəli şəxs öz niyyətini gerçəkləşdirmiş olsaydı, təyyarənin 300 sərnişini və ekipajı həlak ola bilərdi. Prezident deyib ki, bu terror aktına cavabdeh olanları üzə çıxartmaq üçün əllərindən gələni edəcəklər.

Hazırda Nigeriya vətəndaşı Umar Faruk Əbdülmütəlləb təyyarəni partlatmaq cəhdində ittiham olunur.

Dünən isə Əl-Qaidə Amerikanın sərnişin təyyarəsini partlatmaq cəhdi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb. Deyib ki, bu, ABŞ-ın Yəməndə Əl-Qaidəyə qarşı əməliyyatına cavabdır.
XS
SM
MD
LG