Keçid linkləri

Təcili xəbərlər
2023, 31 May, çərşənbə, Bakı vaxtı 20:05

Yəməndə 29 Əl Qaidaçı tutulub


Yəməndə Əl Qaidaya üzv olmaqda şübhəli bilinən 29 adam tutulub.
Yəmənin Milli Təhlükəsizlik rəhbəri bildirib ki, bir aylıq reydlərdə tutulan bu adamlar neft obyektlərinə və xaricilərin marağında olan qurumlara zərbələr planlaşdırırdı.
Reydlərdə öldürülən terrorçuların sayı isə 60-dır.
Milad günü Amerikanın sərnişin təyyarəsinə bomba keçirən nigeriyalı Abdulmutallab da, məlumatlara görə, partlayıcını Yəməndəki Əl Qaidaçılardan alıbmış.
XS
SM
MD
LG