Amerikada yerləşən Amazon.com beynəlxalq on-line satış şəbəkəsi élan edib ki, onun tarixində ilk dəfə olaraq elektron kitablar kağız kitablardan daha çox satılıb.
“Amazon” deyir ki, milad bayramı ərəfəsində onun elektron kitab oxumaq üçün xüsusi qurğusu – "Kindle"ın satışı rekord həddə çatıb – alıcıların hədiyyə vermək üçün aldığı mallar arasında birinci sıraya yüksəlib. "Kindle"da oxuna bilən elektron kitabların satışı da kağız kitabları üstələyib.
“Amazon”un məlumatına görə, "Kindle"da oxuna bilən kitabların sayı 400 minə yaxındır.
”Washington Post”un yazarı Marion Maneker bu yaxınlarda öz məqaləsində yazıb ki, elektron kitab oxumaq üçün qurğuların çox satılmasının əsas səbəbi “insanların daha asan yolla daha ucuz kitab əldə etmək arzusudur”.
Amazon hələ ki, konkret olaraq nə qədər elektron kitab satdığını açıqlamasa da, müxtəlif hesablamalara görə, təkcə Amerikada il ərzində 3 milyon belə kitab satılıb. Gələn il isə bu rəqəmin iki dəfə artacağı planlaşdırılır.
Ədəbiyyat səhifəmizdə həmçinin oxu
Mafiyanı "dəli eləyən" yazıçı
Orxan Pamuk "Mənim adım qırmızı" (ROMANDAN PARÇA)