Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00

Bakıda 60 min nəfərlik stadion tikilir


Bakıda 60 min nəfərlik stadion tikilir. Bu barədə Gənclər və İdman naziri Azad Rəhimov dekabrın 28-də keçirdiyi mətbuat konfransında məlumat verib.

Stadion Böyükşor-Sabunçu dairəsi yaxınlığında tikiləcək.

Nazir bildirib ki, stadionun tikintisini Azərbaycan Dövlət Neft Şirkəti aparacaq.

A.Rəhimov tikinti işlərinə nə vaxt başlanılacağı və nə qədər vəsaiti ayrılacağı haqda məlumat verməyib.

ARDNŞ -dən də layihənin detalları barədə şərh almaq mümkün olmayıb.

Hələlik Azərbaycanda ən böyük stadion 30 min tutumu olan Tofiq Bəhrəmov adına Respublika stadionu sayılır.
XS
SM
MD
LG