Keçid linkləri

2025, 28 May, çərşənbə, Bakı vaxtı 06:05

Azərbaycan 2010-cu ildən Rusiyanı təbii qazla təchizatını iki dəfə artıracaq


Azərbaycan 2010-cu ildən Rusiyanı təbii qazla təchizatını iki dəfə artıracaq, bir il üçün 1 milyard kub metrə çatdıracaq. Bunu Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, iki ölkə arasında danışıqlar aparılır və Azərbaycanın imkanı var ki, qaz nəqlini artırsın.

İki ölkə arasında müqavilə bu il oktyabrın 14-də imzalanıb. Bu müqavilə Azərbaycana Nabucco qaz kəmərinin potensial əməkdaşı kimi baxan qərbi narahat edir. Nabucco qaz kəməri Avropanın Rusiyadan qaz asılılığını azaltmaq üçün nəzərdə tutulur.
XS
SM
MD
LG