Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 06:16

Musəvinin bacısı oğlu öldürüldü (video və fotolar)


Iran -- Iranian opposition supporters’ antigovernment protest in Ashora day in Tehran, 27Dec 2009
Iran -- Iranian opposition supporters’ antigovernment protest in Ashora day in Tehran, 27Dec 2009
İranın islahatçı internet saytlarından olan "Parlemannews" xəbər verir ki, bu gün Tehranda polislə toqquşmada müxalifətin lideri Mir Hüseyn Musəvinin bacısı oğlu da öldürülüb. Saytın məlumatına görə Əli Musəvi bu gün günorta saatlarında qətlə yetirilib və hazırda meydini Tehranda hospitalda saxlayırlar.

Musəvinin yaxın köməkçilərindən biri adının çəkilməməsi xahişi ilə bu xəbəri təsdiqləyib.

Bu gün Tehranda yenidən polislə nümayişçilər arasında qarşıdurma olub.

YouTube-də yerləşdirilən bu videoda polislə nümayişçilər arasındakı toqquşma görüntüləri var (Meqalə videonun altında davam edir)



Yerli hüquq müdafiəçiləri və informasiya agentlıkləri bu gün Tehranda müxalifətin tərəfdarları ilə polis arasında qarşıdurmada dörd nümayişçinin öldürüldüyünü bildirir.

Polis mitinçilərə qarşı gözüyaşardan qazadan və dəyənəklərdən istifadə edib.

Saytın məlumatına görə paytaxt Tehranın mərkəzi İnqilab meydanında İranın təhlükəsizlik qüvvələri ilə mitinqşçilər arasında daha kəskin qarşıdurma yaranıb.
Tehrandakı insan haqları fəallarından biri başından dəyənəklə vurulmuş azı dörd adamın öldüyünü gördüyünü bildirib. Hələlik polis ölüm halının olmasını inkar edir.

Şahidlərdən biri gördüklərini AzadlıqRadiosunun fars xidmətinə - Fərda radiosuna bu cür təsvir edir:

- Hazırda mən Bozorgmehr və Vali Əsr küçələrinin kəsişdiyi yerdəyəm. Burada çox böyük sayda adam toplaşıb. Motosikletdə olan təhlükəsizlik qüvvələri kütləyə hücum edir. Mən onlardan 100-150 nəfərini gör bilirəm. Adamlar bir neçə zibil qutusuna od vurublar. Onlar İslam Respublikasının lideri və diktatura əleyhinə şüarlar səsləndirirlər.

Tehranda etirazlar dünəndən başlayıb. Aşura günü ilə bağlı tədbirlərdə müxalifət fəalları da toplaşıb öz şüarlarını səsləndiriblər.

Bu gün həm də hakimiyyətin kəskin tənqidçilərindən olmuş 87 yaşlı Ayətulla Hüseyn Əli Möntəzirinin ölümünün 7-ci günü üçün yas mərasimidir.

Məlumatalara görə İranın başqa şəhərlərində - İsfahanda, Müntəzirinin doğulduğu Nəcəfabadda, Şiraz və Qumda da etiraz aksiyalarının keçirilməsinə dair xəbərlər var.
Tehran, 27 dekabr 2009

Tehran, 27 dekabr 2009


Tehran, 27 dekabr 2009


Tehran, 27 dekabr 2009

Tehran, 27 dekabr 2009


Tehran, 27 dekabr 2009


Tehran, 27 dekabr 2009


Tehran, 27 dekabr 2009


Tehran, 27 dekabr 2009



Tehran, 27 dekabr 2009


Tehran, 27 dekabr 2009



Tehran, 27 dekabr 2009


Tehran, 27 dekabr 2009



Tehran, 27 dekabr 2009


Tehran, 27 dekabr 2009

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG