Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 07:43

İranda yenidən polislə nümayişçilər toqquşub


Bu gün, Aşura günü İranın paytaxtı Tehranda yenidən polislə müxalifətçilər arasında toqquşma olub.

Polis hakimiyyətə qarşı çıxan nümayişçiləri dağıtmaq üçün, mərkəzi meydana gedən bütün yolları bağlayıb, gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib.

Bəzi məlumatlarda isə polisin atəş açdığı bildirilir.

Bəzi məlumatlara görə nümayişçilər “ Rədd olsun dikdator”, “ Bu qanlı aydır-Bəsic yıxılacaq” kimi şüarlar səsləndiriblər.

İran müxalifəti mübahisəli prezident seçkilərindən sonra ölkədəki bütün bayram və kütləvi mərasimlərdə etiraz aksiyalarına çıxırlar.

Bu gün Aşurayla yanaşı, həm də bu günlərdə vəfat etmiş dissident dini xadim Ayatolla Hüseyin Əli Müntəzirinin 7-dir.
XS
SM
MD
LG